Əhərin nümayəndəsi Qaradağ mədənlərinin talandığını deyir

Təbriz Turan TV xəbər verir ki,Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin İran parlamentindəki nümayəndəsi Əhməd Məhərrəmzadə Qaradağ mədənlərinin talandığını deyib.

Millət vəkili mədəndən əldə edilən xammalın Kirmana daşındığını bildirib. “Azərbaycanlılara qalan isə mədənlərindən çıxan toz-torpaq və məhv edilən ətraf mühitdir”-deyə, o, bildirib.


“Zəngin mədənlərə malik olmasına baxmayaraq, Əhər və Heris bölgələri acınacaqlı durumdadırlar. Onlar öz mədənlərindən əldə olunan sərvətlərdən bəhrələnə bilmirlər.

Xüsusilə bu bölgələrin kəndləri ətraflarında zəngin mədənlərin olmasına rəğmən ibtidai imkanlardan məhrumdurlar”-deyə, Ə.Məhərrəmzadə bildirib.


O, başqa əyalətlərin bölgədə sərmayə qoymasına qarşı olmadığını bildirib və əlavə edib ki, azərbaycanlıların öz qaynaqlarından yararlana bilməməsi sual doğurur.


Qeyd edək ki, Qaradağda zəngin mis və qızıl mədənlərinin yerləşməsinə baxmayaraq, bölgə inkişaf etməmiş yerlər sırasındadır.


Süngün mis mədəni, Əncird və əndiryan qızıl mədənlərindən əldə edilən məhsul başqa əyalətlərə, xüsusilə Kirmçan əyalətinə daşınır və orada emal olunur.


Bundan öncə bir neçə millət vəkili və yerli əhalinin bölgədə emal zavodlarının yaradılması ilə bağlı müraciətləri cavabsız qalıb./GünAz.TV/

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

10 + 6 =

Tarix

booked.net booked.net
%d bloggers like this: