Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əlirza Munadi Təbrizin şəhərdə yoxsuluq səviyyəsinin yüksəldiyini deyib.
Təbriz Turan TV xəbər verir ki, o bu barədə Təbrizin yeni bələdiyyə başçısının təqdimat mərasimində çıxışı zamanı bildirib.
“Hazırda əhalinin bir qismi çörəyi nisyə, yağı isə qaşıqla almaq məcburiyyətindədir”-deyə, Munadi iqtisadi durumun ağır olduğunu söyləyib.
O, deyib ki, sosial problemlərin əksəriyyətinin iqtisadi kökləri var və statistikalara görə, subsidiyalar aylıq ödəniləndə bir neçə günə oğurluq faizi azalır.
Səbəbləri barədə açıqlama verməyən millət vəkili Təbrizin olduqca geri qaldığını deyib