Ərdəbil zindanında iki illik məhkumluq dövrünü keçiriən Güney azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi fevralın 13-ü axşam saatlarında 50 milyon tümən girov qarşılığında tibbi məzuniyyətə buraxılıb.
Təbriz Turan TV xəbər verir ki, milli fəalın qanunla nəzərdə tutulandan daha az, 3 gün müddətinə məzuniyyət hüququndan istifadə etməsinə icazə verilib.
Əli və Rza Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.
Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.
Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.