Ərdəbildə 3 min illik sivilizasiyanın qalıqları tapılıb

Ərdəbildə 3 min illik sivilizasiyanın qalıqları tapılıb. Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Nadir Fəllahi məlumat yayıb.

Təbriz Turan TV xəbər verir ki, onun sözlərinə görə, əyalətin Qara Həsənli bölgəsində aparılan arxeoloji qazıntılar əsasında çoxsaylı mədəni-tarixi abidələr və arxeoloji təbəqələr aşkar olunub.

O, tapılan əsərlərin və üzə çıxarılan qədim tikililərin dəmir dövrünə aid olduğunu, bölgədə aparılan yeni araşdırmaların başladıldığını deyib.

Təxminən iki hektar ərazisi olan Qara Həsənl tarixi məkanı Nəmin şəhəri ərazisində, Ərdəbili Abıbəyli şəhəri ilə birləşdirən yolun bir kilometrliyində, Ərdəbil düzünün mərkəzində yerləşir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × three =

Tarix

booked.net booked.net
%d bloggers like this: