Ərdəbildə beynəlxalq qeydiyyata namizəd tarixi abidə acınacaqlı durumdadır. Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Nadir Fəllahi abidənin cari ildə təmir ediləcəyi barədə vəd verib.
Təbriz Turan TV xəbər verir ki, bundan öncə Ərdəbil əyalətinin Nir şəhəri yaxınlığında yerləşən tarixi “Şah Abas” karvansarasının YUNESKO tərəfindən beynəlxalq mədəni irs siyahısına alınması üçün müraciət edilib.
Nadir Fəllahi adı çəkilən karvansaranın Ərdəbil əyalətinin ən önəmli abidələrindən biri, ümumdünya mədəni irs siyahısına salınması üçün qeydiyyata alınmış ikinci abidə olduğunu söyləməsinə baxmayaraq bu günə kimi onun təmiri üçün heç bir büdcə ayrılmayıb.
Qeyd edək ki, tarixi karvansaray Ərdəbil əyalətində, Nir-Sarab yolunun üstündə və Nir şəhərinin 10 kilometrliyində yerləşir.
“Sayın” karvansarası kimi də tanınan tarixi abidə 1983-cü ildə 1653 qeydiyyan nömrəsi ilə İranın mədəni is siyahısına salınıb.