Ərdəbildə məcburi əməyə cəlb olunan azyaşlıların sayı artıb

Ərdəbil əyalətinin Rifah İdarəsinin başçısı Behzad Səttari bildirib ki, son vaxtlar əyalətdə məcburi əməyə cəlb olunan azyaşlı uşaqların sayı artıb. O, yersiz az yaşlılarının sayının artdığını da bildirib.

Onun sözlərinə görə, başçılıq etdiyi idarə bu uşaqların aşkarlanması və sığınacaqla təmin olunması üçün iki mərkəz yaradıb.

Səttari mərkəzlərin yerli xeyriyyəçilərin vəsaiti hesabına fəaliyyət göstərdiyni, iş uşaqları və yersiz az yaşlıların ehtiyaclarının onların vasitəsilə təmin olunduğunu deyib.

Rifah İdarəsinin başçısıbelə halların çoxalmasının əsas amillərindən birinin iqtisadi çətinliklərin çoxalması və yoxsulluq olduğunu qeyd edib.

Onun sözlərinə görə, son vaxtlar bu qəbildən olan 300 uşaq xeyriyyə mərkəzlərinin himayəsinə verilərək sığınacaqla təmin olunub.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

four + 5 =

Tarix

booked.net booked.net
%d bloggers like this: