Təbriz Turan TV xəbər verir ki, Ərdəbil əyalətində məktəb binalarının 19 faizi qəzalı vəziyyətdədir. Bu barədə Ərdəbil əyalətinin Məktəblərin Təmiri və Texniki Təchizi İdarəsinin başçısı Dövlət Lütfi məlumat verib.
Bundan öncə qəzalı vəziyyətdə olan məktəblərin daha çox olduğunu deyən Lütfi son illər yerli xeyriyyəçilərin hesabına onların bir sırasının təmir olunduğunu söyləyib.
O. hal-hazırda əyalət məktəblərinin bir qismində istilik sistemlərinin olmadıını, qeyri-standart neft sobalarından istifadə olunduğunu və bu səbəbdən məktəblərdə tez-tez yanın hallarının baş verdiyini bildirib.
Son illər ərzində yalnız 284 sinif otağının standart istilik sistemi ilə təmin olunduğunu deyən Dövlət lütfi, hal-hazırda 1400 sinif otağının bu sistemlə təmin olunmasına ehtiyac olduğunu qeyd edib.
