Ərdəbildə “Nizami Gəncəvi günləri” keçiriləcək

12-19 mart tarixində Ərdəbildə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı mərasimlər keçiriləcək. Bu barədə Ərdəbil əyalətinin İrşad və Mədəniyyət İdarəsinin başçısı Abdullah Bəhrululumi mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, mərasimlərdə Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı Qulaməli Həddad Adil başda olmaqla bir sıra mədəniyyət nümayəndələri iştirak edəcəklər.

Bir neçə gün bundan öncə Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Qasım Nazimi Azərbaycan Təbrizdə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı keçirilən simpoziumda panfarsistlərin iddialarını təkrar etmişdi.

“Şərqi Azərbaycanın Mədəniyyət və İrşad İdarəsi İranlı məşhurlara sahib çıxır. Onların əsərlərindəki mövcud əxlaqi və bəşəri düşüncələri dünyaya tanıtdırmağa çalışır”-deyə, Qasım Nazimi Nizaminin İran şairi kimi dünyaya tanıtdırılması ilə bağlı planlar hazırladıqlarını bildirib. 

Qeyd edək ki, İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftənin keçirilməsini planlaşdırıb.

Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün may ayının sonuna kimi tədbirlərin davam etdiriləcəyi, mediada, məktəb və Universitetlərdə bununla bağlı ədəbi yarışların təşkil ediləcəyi bildirilir.

Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin Mədəniyyət və İrşad İdarəsi Nizaminin farslaşdırılması yönündə panfarsist və radikal fars miliyyətçilərinin təbliğat işlərinin əsas ağırlığını öz üzərinə götürməsi və xüsusi fədakarlığı ilə seçilir.  

gun az article

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × five =

Tarix

booked.net booked.net
%d bloggers like this: