Ərdəbildə on minlərlə xalçaçı siğorta xidmətindən istifadə edə bilmir

Ərdəbil əyalətinin Zəngan, Qərbi və Şərqi Azərbaycanla birgə İranda xalçaçılıq üzrə əsas bölgələrdən biri sayılır.

Lakin hökumətin laqeydliyi nəticəsində bu sahədə artıq mövqeyini itirməkdədir.

Təbriz Turan TV xəbər verir ki,Ərdəbil əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Ramin Sadiqinin dediyinə görə, hal-hazırda xalçaçılıq sahəsində rəsmi olaraq əyalətdə 44 min nəfər fəaliyyət göstərir.

“yalətdə illik ortalama 90 min kvadratmetr xalça əldə toxuma xalça istehsal edildiyini bildirən Sadiqi 44 min nəfər xalçaçının yalnız 7300 nəfərinin siğorta xidmətlərindən istifadə edə bildiyini qeyd edib.

“Ərdəbildə əhalinin əsas gəlir qaynaqlarından biri olan xalçaçılıq sənayesində çalışanların başlıca problemləri siğorta xidmətinin, normal fəaliyyət məkanlarının olmaması və əmək haqlarının aşağı olmasıdır”-deyə, Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı bildirib.

Ərdəbil əyalətində toxunan 15 naxışda xalçanın ümumdünya mədəni irs siyahısına salındığını bildirən Ramin Sadiqi əyalətdə bu sənaye sahəsində mövcud olan hazırkı durumun təəssüfləndirici olduğunu deyib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

17 − 16 =

Tarix

booked.net booked.net
%d bloggers like this: