Ərdəbildə qadınlara qarşı zorakılıq halları artıb. Bu barədə Ərdəbil əyalətinin Rifah İdarəsinin baş dirrektoru Behzad Səttari məlumat verib.
Behzad Səttari əyalətdə qadınlara qarşı zorakılıq hallarının çox olduğunu, bunun çoxalmasında iqtisadi və ictimai problemlərin əhəmiyyətli dərəcədə rol oynadığını deyib.
Noyabrın 29-da Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən mərasimdə çıxış edən Səttari iqtisadi problemlərin doğurduğu qəzəb, stress və psixi gərginliyin zorakılıq sayının artmasında ciddi təsir göstərdiyini qeyd edib.
Hal-hazırda Ərdəbil əyalətində zorakılığa məruz qalmış qadınların təhlükəsizliyi və reabilitasiyası üçün iki mərkəz fəaliyyət göstərir və bu mərkəzlərin əsas vəzifəsi qadınlara psixoloji dəstək göstərməkdən ibarətdir”-deyə, Səttari bildirib.