Ərdəbildə sərt karantin rejimi tətbiq edilə bilər: “COVİD-19-un 6-cı dalğasının başlanması ilə bağlı xəbərdarlıq edilib

Ərdəbil əyalətinin Tibb Elmləri Universiteti bölgədə koronavirusun 6-cı dalğasının başlandığını bildirib.

Unversitet virusun yeni ştammı “Omikron”un yayılması ehtimalı ilə bağlı bildiriş yayaraq əhaliyə xəbərdarlıq edib.

Dekabrın 27-də yayımlanan xəbərdarlıq bildirişində koronavirusun yeni ştammının yayılma sürətinin daha çox olmasına diqqət çəkilir, karantin qaydalarına ciddi riayət olunması tövsiyə olunur.

Tibb Elmləri Universitetinin başçısı Şəhram Həbibzadə əyalət sakinlərindən birinin “Omikron”a yoluxduğu barədə məlumat verib və qaydalara riayət olunmayacağı təqdirdə yenidən daha ciddi və sərt karantin rejiminin tətbiq olunacağını bildirib.

Qeyd edək ki, son sutka ərzində Ərdəbildə koronavirusa yoluxanlardan daha 33 nəfər tibb məntəqələrində yerləşdirilib, bir nəfər həyatını itirib.

Rəsmi statistikaya əsasən pandemiyanın başlamasından bu günə kimi 2604 ərdəbilli COVİD-19 xəstəliyinə yoluxma səbəbindən dünyasını dəyişib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

three × 1 =

Tarix

booked.net booked.net
%d bloggers like this: