Ərdəbildə silahlı qarşıdurma-Çoxlu sayda həbs olunan var

Yanvarın 23-ü, axşam saatlarında Ərdəbil şəhərinin Baharabad məhəlləsində silahlı qarşıdurma baş verib.

Təbriz Turan TV xəbər verir ki, bu barədə sosial media fəalları məlumat yayıb.

Məlumatda silahlı qarşıdurmanın səbəbləri barədə dəqiq açıqlama verilmir.

Lakin hakimiyyətə müxalif olan təşkilatlar qarşıdurmanın İranın hökumət məmurları ilə yerli əhali arasında baş verdiyini yazırlar.

Ərdəbi prokuroru Abdullah Təbatəbayi silahlı qarşıdurmanın baş verdiyini və hadisə yerinə çox sayda silahlı qüvvələrin cəlb olunduğunu deyib.

Silahlı insidentin “silahlı quldurlar” tərəfindən başladıldığını iddia edən prokuror hadisənin təfərrüatı barədə açıqlama verməkdən imtina edib.

Abdullah Təbatəbayi hadisədə yerində keçirilən geniş əməliyyat nəticəsində 20 nəfərin həbs olunduğunu, qarşıdurmada çox sayda şəxsin iştirak etdiyi üçün bunun 80 nəfərə qədər çoxala biləcəyini, onların istintaqa cəlb edildiklərini bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

five × 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: