Ərdəbildə və Təbrizdə Pəhləvi rejimi tərəfindən türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı kitab paylanıldı
Azərbaycanlı milli fəallar bu gün, 17 dekabr 2021-ci il cümə günü, Pəhləvi rejimi tərəfindən 17 dekabr 1946-ci ildə türkcə kitabların yandırılmasının ildönümündə simvolik olaraq Ərdəbil şəhərinin hər yerində türkcə kitablar paylayıblar.
Ərdəbildə və Təbrizdə uşaq və yeniyetmələrə yüzlərlə kitabın paylanması zamanı fəallar kitab oxumağa və savadlılığa diqqəti artırmağa çağırıb, ana dilinin və Azərbaycan kimliyinin qorunmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, hər il dekabrın 17-də milli fəallar, yazıçılar, sənətçilər və Azərbaycan xalqının müxtəlif təbəqələri 1946-cı ildə Pəhləvi rejimi tərəfindən məktəblərin həyətlərində və şəhər mərkəzlərində türk kitablarının toplanaraq yandırıldığı günü anır. Müxtəlif mənbələr, məsələn, kitabların yayılması, plakatların, divar şəkillərinin, məqalələrin və şerlərin yayılması və başqa istər sosial məkan, istərsə də real həyatda Azərbaycan xalqına qarşı baş vermiş bu acı və qeyri-insani hadisəni pisləyir.










