Ərdəbilin 700 kəndində su böhranı yaşanır

Ərdəbil əyalətinin 700 kəndində su böhranı yaşanır. Bu barədə əyalətin Regional Su Şirkətinin başçısı Əli Heydəri açıqlama verib.

O, hazırda Ərdəbil əyalətində mövcud 402 milyon kubmetrlik su anbarlarında yalnız 140 milyon su olduğunu, ümumilikdə ötən ilin oxşar dövrü ilə müqayisədə su ehtiyatlarının 13 faiz azaldığını söyləyib.

Heydəri son illər quraqlıq nəticəsində baş verən problemlərin cari ildəki yağıntılar səbəbindən bir az azalmasına baxmayaraq hələdə bu sahədə ciddi böhran hakim olduğunu qeyd edib.

Hazırda əyalətin 700 kəndinin susuzluqdan əziyyət çəkdiyini deyən başçı, əjalinin suya olan ehtiyacının səyyar su tankerləri ilə təmin edildiyini bildirib.

Ötən ay Muğanın Biləsvar şəhərinin Şəhər Şurasının Ərdəbil əyalətinin Ali Şurasındakı nümayəndəsi Məqsud Vəlizadə də, oxşar problemlə bağlı açıqlama verib və su çatışmazlığının bölgəyə mənfi təsirlərindən danışıb. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seven − 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: