Ərdəbilli milli fəallar ​​​​​​​Rza və Əli Vasiqi qardaşları həbsxanaya qayıdıb

Təbriz Turan TV xəbər verir ki, Ərdəbil zindanında iki illik məhkumluq dövrünü yaşayan və 13-14 fevral tarixlərində girov qarşılığında məzuniyyətə buraxılan Əli və Rza Vasiqi qardaşları martın 6-da Ərdəbil zindanına geri dönüblər.

Rza və Əli Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

3 × two =

Tarix

booked.net booked.net
%d bloggers like this: