Ərdoğan Nazarbayevlə görüşdü – Ukrayna münaqişəsi müzakirə olunub

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Türkiyənin dövlət başçısı Ərdoğanla görüşüb. 

Təbriz Turan TV xəbər verir ki, məlumatı Nazarbayevin mətbuat xidməti yayıb. Görüş Antaliya Forumu çərçivəsində baş tutub. Nazarbayev dəvətə görə təşəkkür edib.

Ərdoğan Nazarbayevin qazax-türk əlaqələrinin inkişafında xidmətlərini qeyd edib və türk dünyasında interqasiya proseslərinin genişlənməsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə dünya gündəminin ən aktual məsələləri müzakirə olunub, Ukraynadakı münaqişənin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyi qeyd olunub. (azpost)

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

fourteen + 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: