Təbriz İstilik Elektrik Stansiyasının müdiri və Şərqi Azərbaycan Enerji İstehsalat Şirkətinin idarə heyətinin üzvlərini məhkəməyə verilib.
Təbriz Turan TV xəbər verir ki, Fəallar və hüquqşünaslar ətraf mühiti çirkləndirən adıçəkilən qurumların rəhbərliyindən qanuni səlahiyyətlərini yerinə yetirməmələrini tələb edib.
Əhalinin sağlamlığına laqeyd yanaşdıqları üçün onların cinayət işinə cəlb olunmalarını tələb olunub.
Qeyd edək ki, son aylar Təbrizdə havanın çirklilik səviyyəsinin artması üzündən dəfələrlə məktəblərdə dərslər dayandırılıb.
Ətraf mühit fəalları şəhərin hava çirkliliyinin əsas amili kimi istilik elektrik stansiyasında (İES) mazutdan istifadə edilməsi göstərirlər.
Təbrizin parlamentdəki nümayəndəsi Əhməd Əlirzabeygi stansiyanın qaz payının kəsilməsi və mazutdan istifadə edilməsinə görə hökuməti kəskin tənqid edib.
“Təbrizin petrokimiya zavodu və istilik elektrik stansiyası şəhərin havasının çirkləndirilməsində birinci rolu oynayırlar.
Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib.