Şərqi Azərbaycan əyalətində gənclərin çoxunluğunun əsas problemi işsizlikdir
Şərqi Azərbaycan İdman və Gənclər Baş İdarəsinin gənclər və mədəniyyət işləri üzrə müavini Əmir Tağızadə Şəbüstər şəhər gənclərlə iş üzrə təşkilat qərargahında keçirilən toplantıda 2200 gənc arasında keçirilən sorğunun nəticələri barədə danışıb.
“2200 azərbaycanlı gənc arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, gənclərin 69.5%-i əsas qayğılarının iqtisadi problemlər və maliyyə çatışmazlıqları olduğunu deyiblər”-deyə, Tağzadə bildirib.

O, sorğudan əldə olunan nəticələrə əsasən gənclərin 52.6% işsizlik, 28.4% ailə problemləri, 19.3% evlənmək, 17.8 təhsil, 13.5 psixi, 11.2% fiziki və sağlamlıq, 2.3%-nın isə intim münasibət sarıdan əziyyət çəkdiklərini elan edib.
Əmir Tağızadə sorğuda iştirak edən gənclərin yalnız 7.5%-nın asudə vaxtlarını normal keçirdiklərini dediklərini, başqa gənclərin boş vaxtlarından faydalı istifadəyə imkanlarının olmadığını dediklərini söyləyib.

Şəbüstərinin fərmandarı Hüseyn Abdullahi isə sorğunun nəticələrinə əhəmiyyət vermədən gənclərin ailə həyatı qurmalarının bir çox problemlərin həll olunmasına yardım edəcəyini iddia edib.
O, bu məqsədlə maddi imkanı olmayan gənclərə dəstək olmaq üçün Nikah Xeyriyyə Dərnəyinin qurulduğunu bildirib.