Təbriz Turan TV xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri ,bu gün bazar günü, 23 fevral 2022-ci il tarixində Oman körfəzində beynəlxalq sularda partlayıcı maddələr hazırlamaq üçün istifadə oluna bilən 40 ton kimyəvi gübrə daşıyan gəmini dayandırdığını elan edib.
AFP-nin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri gəminin İrandan gəldiyini və əvvəllər Yəmən Husilərinə silah qaçaqmalçılığı üçün istifadə edilən istiqamətdə hərəkət etdiyini bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələri bazar günü bildirib ki, eyni gəmi keçən il dayandırılaraq Yəmən Sahil Mühafizəsinə təhvil verilərkən minlərlə silah daşıyıb.