Yanvarın 1-i səhər saatlarında Azərbaycanın güneyindən gənc sənətkar, musiqiçi Tohid Noruzi vəfat edib. O, ürək tutmasından dünyasını dəyişib.
Ərdəbil əyalətinin Xiyav şəhərindən olan Noruzi neçə illər idi gənc və yeniyetmələrin Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış olmalarına çalışır, müxtəlif kurslar təşkil edirdi.
Bir sıra tanınmış sənətçilərlə, o cümlədən Alim Qasımovla əməkdaşlıq edən gənc musiqiçi İnşaat Mühəndisliyi fakültəsini bitirməsinə baxmayaraq, musiqi sahəsində peşəkar fəaliyyət göstərirdi.