Amerikalı general SEPAH-ın terrorçular siyahısından çıxarılmasına qarşıdır

Amerikanın Ordusunun Birləşmiş Qərargah Rəislərinin komandanı general Mark Aleksander İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin terror qruplaşmaları siyahısından çıxarılmasına qarşı çıxıb.

Təbriz Turan TV xəbər verir ki, o bu barədə Amerika Senatının Silahlı Qüvvələr Komitəsinin üzvləri ilə görüşündə danışıb.

Genral SEPAH-ın terror təşkilatı olduğunu, İranın Amerika üçün əsas və dəyişilməz dörd təhlükədən biri kimi qaldığını bildirib.

Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün SEPAH-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb.

Ancaq bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seventeen + 5 =

Tarix

booked.net booked.net
%d bloggers like this: