Avropa və Amerikadan İrana xəbərdarlıq: “Yeni bir razılaşmanın əldə olunması üçün fürsət çox azdır”

Vyanada İranla aparılan nüvə danışıqlarfının yenidən təxirə salınmasından bir gün sonra dekabrın 17-də Amerika və Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) yeni bir nüvə razılaşmanın əldə olunması üçün vaxtın sürətlə daraldığı barədə rəsmi Tehrana xəbərdarlıq ediblər.

Vyanadakı Amerika və Avropa diplomatları bildirirlər ki, danışıqların 7-ci mərhələsi İranın xahişi ilə təxirə salınıb.

Ağ Evin milli təhlükəsizlik üzrəmüşaviri Ceyk Sallivan isə mediaya açıqlamasında danışıqların çox ləngiməsindən və müzakirələr prosesinin uzadılmasından narahat olduğunu bildirib.

O deyib ki, danışıqlar ləngidiyi bir halda İran nüvə proqramını sürətlə inkişaf etdirir.

“İranın nüvə proqramı inkişaf etdiyi bir halda təssüflər olsun ki, Vyana danışıqları yaxşı  qabağa getmir. Biz isə İranla müzakir aparan avropalı diplomatlar vasitəsi ilə Tehrana lazımlı xəbərdarlıqlarımızı etmişik.

Dünən həmçinin Britaniya, Fransa və Almaniya birgə bəyanat yayaraq, Tehranla yeni bir razılaşmanın əldə olunması üçün bütün fürsətlər və vaxtın bitməkdə olmasını bildiriblər.

“Yeni bir razılaşmanın əldə olunması üçün fürsət çox azdır. Biz artıq danışıqların sonuna çatırıq. Baxmayaraq ki, ötən sutka ərzində bir sıra texniki məsələlər barədə danışıqlarda irəliləyişlər olub, lakin bu inkişaflar sadəcə olaraq danışıqlar prosesini ötən iyun ayında dayandırılmış nöqtəyə yaxınlaşdırıb”, -deyə Britaniya, Fransa və Almaniya diplomatlarının yaydığı birgə bəyanatında qeyd edilir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

9 + 5 =

Tarix

booked.net booked.net
%d bloggers like this: