Azərbaycan güney şəhərlərində Zəfər bayramı qeyd olunub-FOTO

Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm zəfəri Güney Azərbaycanda da qeyd olunub.
Güney Azərbaycanın Təbriz, Urmu, Zəngan və Ərdəbil şəhərlərində Zəfər günü münasibətilə müxtəlif aksiyalar keçirilib.
Bu münasibətilə Azərbaycan Respublikasının bayraqları qaldırılıb.
Adıçəkilən şəhərlərin bir sıra küçə və parklarında Azərbaycan Respublikasının bayrağının asılması əhalinin diqqətini cəlb edib.
Qeyd edək ki, noyabrın 8-də Güney Azərbaycanın bir çox şəhərlərində Azərbaycan Respublikasına dəstək məqsədilə gece bülletenləri yayılıb. Bülletenlərdə xalqımızın Zəfər günü ilə bağlı təbriklər və milli şüarlar yazılıb.
“Güney Azərbaycan türkləri olaraq Vətənin səsinə səs verməyi və Zəfər gününü əziz tutmağı milli borcumuz kimi qəbul edirik.
Göstərməliyik ki, biz Azərbaycanın özüyük”-gecə bülletenlərində belə qeyd edilib.
