Azərbaycanlı nümayəndə: Urmu gölü tamamilə yox olmaq üzrədir

Təbriz Turan TV xəbər verir ki, Azərbaycanın Urmu regional Əyalətlər Ali Şurasındakı nümayəndəsi İrəc Süleymanzadə  Urmu gölünün acınacaqlı durumu barədə danışıb.

“Urmu gölü artıq son nəfəslərini çəkir və tamamilə yox olmaq üzrədir. Prezident gölün bərpası ilə bağlı verdiyi bədləri yerinə yetirsin”-deyə, Salmanzadə bildirib.O, bununla yanaşı Azərbaycan Urmu vilayətlərin yollarının pis durumda olduğunu deyib, Yol və Şəhərsalma Nazirliyini bu problemin həlli üçün yetərincə iş görməməkdə günahlandırıb.

Qeyd edək ki, sabiq prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.  

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

16 − 8 =

Tarix

booked.net booked.net
%d bloggers like this: