Babək Kiyumərsi və Səid Sultani cərimə cəzasına məhkum edilib

İran Azərbaycanının Culfa şəhərinin sakini olan milli fəallar Babək Kiyumərsi və Səid Sultani Apellyasiya Məhkəməsi tərəfindən cərimə cəzasına məhkum edilib.

Təbriz Turan TV xəbər verir ki, daha öncə hər biri 2 il həbsə məhkum olan milli fəallara Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 11 saylı şöbəsi tərəfindən 3 ay həbs cəzasının əvəzinə 24 milyon tümən pul cəzası kəsilib.

Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Apellyasiya Məhkəməsinin hökmü fəalların vəkili olan Əsgər Məhəmmədiyə şifahi şəkildə çatdırılıb.

Bundan əvvəl Təbriz İnqilab Məhkəməsi milli fəalları “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara üzv olmaq” ittihamından günahkar tanıyıb, iki il həbsə məhkum etmişdi.

Səid Sultani və Babək Kiyumərsi 2020-ci ilin oktyabrında Culfa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq dindirilmək üçün təcridxanaya köçürülmüşdü. Yayımlanan məlumata görə, kəşfiyyat agentləri milli fəal Babək Kiyumərsini həbs etdikləri zaman onun həyat yoldaşını döymüşdü.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seven + 15 =

Tarix

booked.net booked.net
%d bloggers like this: