Təbriz Turan TV xəbər verir ki,İran İslam İnqilabı keşikçiləri Korpusuna (SEPAH) bağlı media qurumları Bakıda gecə klublarından birində baş verən hadisəni əsas gündəmlərinə çevirib və hadisəni mümkün qədər şirişdilmiş və şübhəli qələmə verməyə çalışırlar.
Azərbaycan Respublikaının rəsmilərinin partlayışın qaz sızması nəticəsində baş verdiyi, ölən və yaralananlar barədə dəqiq məlumat vermələrinə baxmayaraq İran İslam İnqilabı keşikçiləri Korpusuna (SEPAH) bağlı media qurumları hadisəni fərqli göstərməkdə davam edir.
“Bakıda gecə klubunda baş verən partlayışda çox sayda ölənin olmasına baxmayaraq bu barədə dəqiq məlumat verilmir”-kimi yanlış xəbərlər yayırlar.
Adı çəkilən qurmun bir sıra saytları yenədə “Bakının Daxili İşlər Nazirliyi” yazaraq Azərbaycan Respublikasının adını təhrif edirlər.
