İrandan Bakıya avtomobil ixracı dayandırılıb

Pirmuəzzin: İran və Azərbaycan arasında heç bir bank əlaqəsi yoxdur .Siyasi məsələlər Bakıya avtomobil ixracını dayandırıb

“4 il öncə birgə iqtisadi komissiyada Azərbaycanla nəqliyyat sahəsində anlaşmamız vardı. Azərbaycanda bir filialımız açıldı və azərbaycanlı həmkarlarımızla birgə çalışmalarımıza başladıq. Lakin hazırda siyasi məsələlər üzündən Azərbaycana avtomobil ixracmız dayanıb və birgə layihə də artıq dayandırılıb”.

Bunu İran-Azərbaycan Birgə Ticarət Palatasının sədri Hüseyn Pirmuəzzin İranla Azərbaycan arasında ticarət əlaqələri və Azərbaycan rəsmisi tərəfindən qeyd olunan İranla sərhəddə açılacaq yeni gömrük məntəqəsinin açılması ilə bağlı “İLNA” agentliyinə müsahibəsində deyib.

O, habelə əlavə edib: “Azərbaycan mediasının məlumatına görə, İran və Azərbaycan arasında yeni gömrük məntəqəsi hələ açılmayıb və bu, yalnız gələcək üçün verilən bir qərardır. Ancaq ümumiyyətlə, Azərbaycan-İran əlaqələrində ən vacib məsələ gömrük məntəqəsinin açılması deyil, Azərbaycan tərəfinin anlaşmalara və müştərək komissiyanın qəbul edilmiş qərarlara sadiq qalmasıdır. İranla Azərbaycan arasında yaxşı anlaşmalar var, ancaq siyasi məsələlər bütün bu razılaşmalara öz təsirini göstərir”.

Pirmuəzzin İranla Azərbaycan arasında 720 kilometrlik ümumi sərhədin olduğunu, iki ölkə arasında ticarət əlaqələrinin davam etdiyini, qeyri-neft mübadiləsinin həcmi və ticarət balansının yaxşı vəziyyətdə olduğunu qeyd edib.

Bununla belə, palata sədri iddia edib ki, guya Azərbaycan tərəfi iki ölkə arasında əldə olunan razılaşmalara əməl etmir və bu da müəyyən problemlərə gətirib çıxarıb.

Sonda o qeyd edib ki, Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə tanınmış İran şirkətlərinin adlarının olduğu siyahını Azərbaycan tərəfinə versələr də, yaranmış siyasi məsələlərə görə Azərbaycan tərəfindən hələ də cavab gəlməyib.

Xatırlatmaq lazımdır ki, İran tərəfi həm işğal, həm də müharibə dövründə Ermənistana dəstək çıxaraq onlara hər cür yardım göstərib. Lakin savaşın Azərbaycanın üstünlüyü ilə başa çatdığını görən İran guya Azərbaycanı dəstəkləyirmiş kimi saxta və dəbdəbəli açıqlamalarla Azərbaycanın lehinə çıxışlar edib. Əslində, bu, başa düşüləndir. Çünki, İran öz şirkətlərini Qarabağda gedəcək böyük quruculuq işlərinə daxil etmək məqsədi güdüb. Üstəlik, Türkiyə şirkətlərinin quruculuq işlərində iştirakı təbii olaraq, İran tərəfini böyük bir düşüncə məğlubiyyətinə uğradıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

5 × 1 =

Tarix

booked.net booked.net
%d bloggers like this: