
Rafael Grossi daha əvvəl demişdi ki, onun İranın yeni hökumətinin rəsmiləri ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin “tezliklə” Tehrana səfər edəcəyini bildirib.
İSNA xəbər agentliyinin məlumatına görə, Xətibzadə bazar ertəsi (15 noyabr) mətbuat konfransında Tehranın Qrossini ölkəyə səfərə dəvət etdiyini və İran rəsmilərinin səfərin təyin olunmuş tarixinə onun cavabını gözlədiklərini açıqlayıb.
O, Tehranın təklif etdiyi tarix barədə ətraflı məlumat verməyib, lakin səfərin “tezliklə” baş tutacağını bildirib.