Böyük Britaniya SEPAH-ın hərbi təlimlərində ballistik raketlər buraxılmasını pisləyib – FOTO

Böyük Britaniya Xarici işlər Nazirliyi dekabrın 24-də bəyanat yayaraq, SEPAH terror təşkilatının ölkənin cənubunda keçirdiyi hərbi təlimlərində ballistik raketlərin buraxılmasını kəskin pisləyib.

Bəyanatda deyilir ki, SEPAH-ın “Pəyambər-i Əzəm 17” adlı keçirdiyi hərbi təlimlərdə bllistik raketlər buraxması və onları sınaqdan keçirməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini açıq-aşkar şəkildə pozub.

“İranın ballistik raketlər buraxması beynəlxalq və regional təhlükəsizliyə qarşı bir təhdiddir. Bİz isə həmin rakelərin buraxılmasını pisləyir, İrandan bu kimi fəaliyyətlərində dərhal son qoymasını tələb edirik”, -deyə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında bildirilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının bundan əvvəl qəbul etdiyi 2231 saylı qətnaməsində İrandan nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərlə bağlı fəaliyyətini dayandırması tələb olunub.

İranın SEPAH terror təşkilatına yaxın olan “Tasnim” saytı dekabrın 24-də bununla bağlı yaydığı bir xəbərdə keçirilmiş hərbi təlimlərdə SEPAH-ın 16 ədəd uzaq mənzilli, eləcə də orta və qısa məsafəli ballistik raketi sınaqdan keçirdiyini bildirib.

Bildirilir ki, SEPAH-ın hava-kosmik qüvvələrinə məxsus həmin raketlər əvvəlcədən təyin edilmiş hədəflərə doğru buraxılıb.

Təlimlərdə SEPAH-ın “Emad”, “Qədr”, “Sicil”, “Zalzal”, “Dezful” və “Zülfüqar” adlı ballistik raketlərindən istifadə edgildiyi qeyd olunur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seventeen − 17 =

Tarix

booked.net booked.net
%d bloggers like this: