Çavuşoğlu İranın xarici işlər naziri ilə telefonla danışıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

Təbriz Turan TV xəbər verir ki,APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında diplomatlar ikitərəfli əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər, o cümlədən Ukrayna böhranı haqqında müzakirə aparıblar.

Telefon danışığında nazirlər Prezident Rəcəb Təyyib Ərdoğanın İrana yaxın günlərdə baş tutacaq səfəri haqqında da danışıb və bu səfərin Tehran və Ankara arasında əlaqələri daha da inkişaf etdirəcəyini bildiriblər.

H.Əmirabdullahiyan Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli iclasından danışaraq qeyd edib ki, İranın Xarici İşlər Nazirliyinin də nümayəndələri Antalya diplomatik forumunda iştirak edəcək: “İran Ukrayndakı böhranın siyasi yollarla həllinin tərəfdarıdır və müharibənin dayandırılması ilə diqqətin siyasi yollara yönəldilməsini dəstəkləyir. Bu istiqamətdə hər növ yardım etməyə hazırıq”.

Telefon danışığında M.Çavuşoğlu iki ölkə arasında əlaqələrin inkişafında müsbət addımlar atıldığını vurğulayıb. O, Ukrayna böhranın daha da ağırlaşmasından narahatlığını bildirərək Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının iclasının məqsədinin bölgədə atəşkəs və davamlı sülh olduğunu vurğulayıb.

M.Çavuşoğlu İranlı həmkarını Türkiyəyə rəsmi dəvət edib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

14 + 1 =

Tarix

booked.net booked.net
%d bloggers like this: