
Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan müəllim Lətif Ruzixah həbs cəzasına məhkum edilib.
Culfa şəhərinin İnqilab Məhkəməsi Lətif Ruzixaha “hakimiyyətə qarşı təbliğat” ittihamı ilə 7 ay həbs cəzasının verilməsi barədə qərar çıxarıb.
Təbriz Turan “HRANA” saytına istinadən xəbər görə, İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurası Lətif Ruzixahın həbsi ilə bağlı bəyanat yayıb. Sənəddə müəllimə qarşı çıxarılan məhkəmə qərarı təhsil fəallarına və müəllimlərə qarşı İran hökumətinin təzyiq siyasətinin tərkib hissəsi adlandırılıb.
Qeyd edək ki, hüquqları uğrunda mübarizə apardıqlarına və təhsil problemlərini qabartdıqlarına görə İran həbsxanalarında 15 müəllim saxlanılır.
Bundan əvvəl İran məhkəməsinin elektron sistemində dərc edilən bildirişdə Lətif Ruzixahdan noyabrın 10-da məhkəmədə olması tələb edilmişdi.