“Duz fırtınaları Binab əhalisini ciddi təhlükə ilə üz-üzə qopyub”- Cümə imamı

Şərqi Azərbaycan əyalətinin Binab şəhərinin cümə imamı Mustafa Baqiri Binabi bölgədə ekoloji faciənin baş verdiyini bildirib.

Təbriz Turan TV xəbər verir ki, o Urmu gölündən qaynaqlanan duz fırtınalarının bölgə əhalisinin həyatını təhlükə qarşısında qoyduğunu bildirib.

“Gölün quruması nəticəsində yaranan duz fırtınaları Azərbaycan əhalisini, o cümlədən Binab əhalisini ciddi təhlükə ilə üzləşdirib.

 Duz fırtınaları insanların sağlamlığını. Kənd təsərrüfatını təhdid etmkdə çevrə faciəsi yaratmaqdadır. Məsullar ciddi tədbirlər görməsələr daha ağır nəticələrin şahidi olacağıq”-deyə, cümə imami xəbərdarlıq edib.

Qeyd edək ki, son günlər Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınası Qərbi və Şərqi Azərbaycan əyalətlərində problemlər yaradıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × two =

Tarix

booked.net booked.net
%d bloggers like this: