Ermənistan Təbrizdə konsulluq açmaq istəyir. Bu barədə “Fars” xəbər agentliyi Ermənistan xarici işlər nazirinə istinadən məlumat yayıb.
Təbriz Turan TV xəbər verir ki,İranın “Fars” xəbər agentliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana istinadən bu ölkənin Təbrizdə konsulluq açmaq üçün İran hökuməti ilə danışıqlar apardığını yazıb.
Mirzoyan, ölkəsinin bu qərarını İranın ötən ilin sonlarında Qafan şəhərində konsulluq açmaq qərarına gəlməsindən sonra qəbul etdiyini deyib.
Mirzoyan, habelə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin açılması istiqamətində intensiv müzakirələrin getdiyini deyib.