Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən üçüncü səfirlə görüşüb.
Səhər Rusiya, Günorta Fransa səfiri ilə görüşən Armen Qriqoryan eyni gündə İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri ilə də görüşüb.
Təbriz Turan “ilna.news”a istinadən xəbər verir ki, Qriqoryan İran səfirini Ermənistan-Azərbaycan sərhədindəki son əməliyyat-taktiki vəziyyətlə bağlı bilgiləndirib.
Tərəflər habelə bölgəsəl sülh və təhlükəsizlik məsələsinə diqqət yetiriblər. Onlar guya əmin olduqlarını bildiriblər ki, sərhəddəki gərginliyi tez bir zamanda azaltmaq və sülh yolu ilə nizamlanma prosesini davam etdirmək mümkündür.
