ETTELAAT fəal qardaşları həbs etmək istəyib

Qardaşlar evdə olmadıqları üçün onları təhlükəsizlik bölməsinə getmələri istənilib.

Təbriz Turan TV xəbər verir ki, bu gün avqustun 21-də təhlükəsizlik məmurları Şərqi Azərbaycannın Şəbistər şəhərinin Nadarlı kəndində yaşayan mədəni fəallar Hüseyn və Məhəmmədrza Amani qardaşlarını həbs etmək üçün onların evinə basqın edib.

Fəallar evdə olmadığı üçün onları həbs edə bilməyən məmurlar, Amani ailəsindən qardaşların bir sıra suallara cavab vermək üçün Mərənd şəhərinin təhlükəsizlik idarəsinə getmələrini istəyiblər.

Siyasi elmlər üzrə bakalavr Hüseyin Amani və psixologiya üzrə bakalavr Məhəmmadrza Amani “Mişu Qartaları” Azərbaycan rəqs qrupunun rəhbərləridirlər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

nineteen + twelve =

Tarix

booked.net booked.net
%d bloggers like this: