Evin zindanında saxlanılan Nərgiz Məhəmmədi 30 ay həbs və 80 şallaq cəzasına məhkum edildi

2019-cu ildə benzinin bahaşmasına qarşı İranda keçirilən etirazlarda öldürülən Güney azərbaycanlı gənc İbrahim Kitabdarın məzarı üstündə anım mərasiminə qatıldığı üçün tutulan Nərgiz Məhəmmədiyə qarşı 30 ay həbs, 80 şallaq zərbəsi hökmü çıxarılıb.

Təbriz Turan xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədinin Parisdə yaşayan və insan haqları fəalı olan əri Tağı Rəhmani məlumat yayıb.

Onun sözlərinə görə, Nərgiz Məhəmmədiyə məhkəmənin hökmü saxlandığı Tehranın Evin zindanında təqdim edilib.

Nərgiz Məhəmmədi telefon əlaqəsi zamanı Tağı Rəhmaniyə bildirib ki, ona şallaq cəzası vurulmasına icazə verməyəcək. Bu sözləri deyən kimi zindanin məsul şəxsləri telefonu onun əlindən alaraq əlaqəni kəsiblər.

Qeyd edək ki, Nərgiz Məhəmmədi bundan öncə dəfələrlə həbs edilib. İran hökuməti ona xarici pasport verməməklə yanaşı, ölkədən çıxışına da qadağa qoyub. Bu səbəbdən Məhəmmədi Fransada yaşayan iki övladını da uzun illərdir görməkdən məhrumdur.

İbrahim Kitabdar etirazlara qatılmasa da, iş yerinin qarşısında dayandığı yerdə əmniyət gücləri sinəsinə atəş açaraq onu qətlə yetirmişdilər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

2 + one =

Tarix

booked.net booked.net
%d bloggers like this: