Azərbaycanın güneyi Muğan mahalının Germi şəhərində 10 yaşlı qız və 5 yaşlı oğlan uşağını sel aparıb.
Təbriz Turan TV xəbər verir ki, bu barədə Germi şəhərinin Ümumi və İnqilab prokuroru Firuz Fərahani martın 31-də mediaya verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, hadisə Germinin Azadlı kəndinin Səlalə çayında baş verən sel nəticəsində meydana gəlib.
Prokuror iki azyaşlının meyitlərinin tapılması üçün Qızıl Aypara cəmiyyəti və sərhəd qoşunlarının əməkdaşlarından ibarət axtarış-əməliyyat qrupunun yaradıldığını bildirib.