Qərbi Azərbaycan əyalətində hava şəraiti kəskin pişləşib, güclü qar yağıb. Bu üzdən yollar buz bağlayıb, hərəkət çətinləşib.
Qərbi Azərbaycan əyalətinin Yollar İdarəsinin başçısı Ərsəlan Şükri dekabrın 24-də bununla bağlı əhali və sürücülərə xəbərdarlıq edib.
Ərsəlan Şükri bu günlərdə mümkün qədər nəqliyyat vasitələrindən istifadə etməməyi tövsiyə edib.
O, güclü qar və çovğun nəticəsində əyalət yollarının buz bağladığını, 94 kəndin ətrafdan təcrid olunduğunu qeyd edib.
Şükri bildirib ki, əyalətin bütün bölgələrində güclü qarın yağması davam edir.
Onun sözlərinə görə, Təmərçin, Piranşəhr, Sulduz, Soyuqbulaq, Üşnü və Sərdəştdə qar çovğunla müşayiət olunur