Ərdəbildə 320 kəndin yolu bağlanıb. Ərdəbil əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Kəlimullah Vusuqi açıqlama verib.
Kəlimullah Vusuqinin günorta saatlarında verdiyi məlumata görə, güclü qar yağması nəticəsində əyalət yollarında nəqliyyatın gediş-gəlişi çətinləşib, 320 kəndin yolu bağlanıb.
Vusuqi 80 qrupda 430 nəfərin yolları açmağa çalışdığını, 216 kəndin yolunun açıldığını və 320 kəndin hələ də ətraf mühitdən təcrid olunduğunu bildirib.
Bununla yanaşı Ərdəbil hava limanının ictimaiyyətlə əlaqələr bölməsindən mediaya verilən məlumata görə, dekabrın 24-dən etibarən əlverişsiz hava şəraiti üzündən bir sıra istiqamətlərə uçuşlar dayandırılıb.
Ərdəbil Təhsil İdarəsi dekabrın 24-ü yaydığı açıqlamada bildirilir ki, dekabrın 25-i, şənbə günündən etibarən növbəti bildirişə qədər əyalətdə məktəblər bağlanıb.
Qeyd edək ki, Qərbi Azərbaycanda da güclü qar yağması çoxsaylı problemlər yaradıb, 132 kəndin yolları bağlanıb, bir sıra bölgələrdə məktəblər tətilə buraxılıb.
