Güclü qar səbəbindən Əhərdə onlarla kəndin yolu bağlandı

Hava şəraitinin kəskin pisləşməsi Azərbaycan Əhər bölgəsində sosial həyatı iflic edib, nəqliyyatın hərəkətə çətinləşib.

Təbriz Turan TV xəbər verir ki, bu barədə Azərbaycan Əhər şəhərinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Qasım Qəməri mediaya verdiyi açıqlamada bildirib.

O, bölgədə onlarla  kəndin yollarının bağlandığını deyib.

Bütün çalışmalara baxmayaraq, 70 kəndin ətraf aləmdən təcrid olunduğunu deyən Qəməri başqa yollarda da hərəkətin çətinləşdiyini söyləyib.

Martın 19-u səhər saatlarından 20 texnika ilə yolların açılmasına çalışdıqlarını bildirən Qasım Qəməri, güclü qar yağışı və çovğunun davam etdiyinə görə buna nail ola bilmədiklərini qeyd edib.

Yerli sosial media istifadəçiləri yolların açılması üçün cəlb olunan texnikaların yararsız olduğunu yazıb, məsulların bölgə əhalisinə qarşı laqeyd münasibətini qınayıblar. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

5 × 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: