Azərbaycanlı fəal və mühacirətdə yaşayan insan haqları müdafiəçisi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sözçüsü Məhsa Mehdilinin yeni kitabı çap olunub.
“Güney Azərbaycan 44 günlük Qarabağ müharibəsi dövründə” adlı kitab Azərbaycan Respublikasında da nəşr edilib.
Bundan öncə Türkiyədə Bənqu Avrasıya Yazarlar Birliyi tərəfindən 126 səhifəlik kitab Azərbaycan Respublikasında Milli Yüksəliş Partiyası tərəfindən çap edilib.
Kitabda 44 günlük Qarabağ müharibəsi dövründə Azərbaycanın güneyində soydaşların məsələyə yanaşmaları, reaksiyaları və aksiyaları yer verilib.
Kitabın yeni nəşrində Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Təyyub Ərdoğanın “Arazı ayırdılar” şeirini oxumasından sonra Azərbaycanın güneyində əhali arasında onun təsiri, İran rəsmiləri və mediasının münasibəti əks olunub.
