Güneyli ana dili məhbusu tibbi məzuniyyətə buraxılıb

Təbriz Turan TV xəbər verir ki ,o yüksək məbləğdə girov qarşılığında məzuniyyət hüququndan istifadə etməyə nail olub.

Tehranın “Fəşafuyə” zindanında məhkumluq dövrünü keçirən Güney Azərbaycanın ana dili məhbuslarndan olan Əlirza Fərşi yanvarın 9-da 600 milyon tümənlik girov qarşılığında tibbi məzuniyyətə buraxılıb.

18 günlük müalicə məzuniyyətinə buraxılan məhbus müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün cərrahi əməliyyata ehtiyac duyuluğu təqdirdə məzuniyyət müddətinin uzadılacağı bildirilib.

Bundan öncə məhkəmə sistemi məsullarına müalicəsi üçün tibbi məzuniyyət verilməsi üçün yazılı və açıq məktubla müraciət edən Fərşi göz əməliyyatına ehtiyacını olduğunu, ikinci dərəcəli şəkər xəstəliyindən və yüksək qan təziyiqindən əziyyət çəkdiyini bildirmişdi.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

three + 16 =

Tarix

booked.net booked.net
%d bloggers like this: