Güneyli hüquq müdafiəçisi: “Məni zindanda öldürmək istəyirlər”

Azərbaycanın güneyi insan haqları müdafiəçisi onu zindanda öldürmək istədiklərini deyib.

Tehranın Qərçək zindanında saxlanılan azərbaycanlı insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi ağır ürək əməliyyatından sonra ona lazım olan dərmanların zindan məsulları tərəfindən verilmədiyini və bununlada onun ölümünə şərait yaratdıqlarını deyib.

O, ürəyinə cərrahi əməliyyat keçirildiyini, ürək damarına stent qoyulduğunu və həkimlərin ona yazdıqları dərmanların zindan deposunda saxlanılaraq özünə qaytarılmadığını bildirib.

Məhəmmədi bundan öncə tanınmış yazıçı və rejissor Abtin Bəktaşın zindanda başına gətirilənlərin indi ona qarşı həyata keçirilərək həyatına son qoyulması üçün çalışıldığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Azərbaycanın Zəngan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.  

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

14 − 6 =

Tarix

booked.net booked.net
%d bloggers like this: