Taekvando üzrə dünya çempionu Güney azərbaycanlı Fərzad Salehi Livan milli komandasının baş məşqçisi seçilib.
Təbriz Turan TV xəbər verir ki, Salehi Livan komandasını Asiya və dünya taekvando yarışlarına hazırlamaq üçün dəvət olunub və 2022-ci ilin sonuna kimi o ölkədə çalışacaq.
Bundan öncə Livanın taekvando klublarından birinin baş məşqçisi kimi bu ölkəyə dəvət olunan Fərzad Salehi, Livan İdman Nazirliyinin xahişi ilə milli komandanın rəhbərliyini qəbul edib.
Güney Azərbaycanın Miyana şəhərindən olan Fərzad Salehi 10 yaşından taekvando idman növü ilə məşğul olub.
O, 2011-ci ildə dünya birincisi olmaqla yanaşı, dəfələrlə Asiya birincisi olub və müxtəlif yarışlarda onlarla qızıl və gümüş medallar qazanıb.