Təbriz Turan TV xəbər verir ki, Həbsdə olan güney azərbaycanlı kolleksiyaçı, yazıçı və musiqiçi Rza Sərabi girov qarşılığında məzuniyyətə buraxılıb.
Qeyd edək ki, 2 iyul 2019-cu ildən həbsdə olan Rza Sərabi Təbrizin ən tanınmış kolleksiyaçısıdır.
O ömrünü, var dövlətini Azərbaycan tarixinə aid olan əşyaların toplaması və saxlamasına həsr edib. Onun kolleksiyasında olan əşyalar heç bir muzeydə yoxdur.
Eyni zamanda o heykəltəraşdır və bir çox Azərbaycanın tarixi şəxsiyyətlərin heykəlini, o cümlədən, məşrutə dövrünün şəxsiyyətləri, Kolonel Məhəmməd TAğıxan Pesyan və onun təyyarəsini real ölçüdə hazırlayıb.
