Güneyli rejissorlardan daha bir uğur: Beynəlxalq festivalda mükafat qazandılar-VİDEO

Türkiyədə keçirilən 9-cu İstanbul İpək Yolu Film festivalında iki güneyli sənətçi mükafat qazanıblar. 

Festivala qatılan tanınmış rejissor Məhəmməd Əlimuradi “Adım” filminə görə ən yaxşı sənədli film mükafatını, Rza Fəthi isə “Zemehrir” fikminə görə ən yaxşı ssenari mükafatını əldə ediblər. 

Bu barədə Təbrizin “Azərəncümən” xəbər saytı məlumat yayıb.
Məlumata görə, İstanbulda keçirilən 9-cu Beynəlxalq İpək Yolu Film festivalında 3800 filmin namizədliyi irəli sürülüb və oktyabrın 6-ı axşam müxtəlif bölmələr üzrə qaliblər elan edilib. 

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan və jurnalistika üzrə bakalavr dərəcəsi alan Məhəmməd Əlimuradi, noyabr ayında Türkiyədə keçirilən Beynəlxalq “Qorqud Ata” Film Festivalında “Əkizlər” qısa metrajlı sənədli filminə görə ən yaxşı sənədli film mükafatını qazanıb. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

6 + two =

Tarix

booked.net booked.net
%d bloggers like this: