Güneyli rejissorun türk dilində çəkdiyi film beynəlxalq festivala qatılıb

Güney azərbaycanlı gənc rejissor Rza Camalinin türk dilində çəkdiyi “Qocalar ölməz” filmi Fuju şəhərində keçirilən 8-ci İpək Yolu Beynəlxalq Film festivalına təqdim olunub. 

Dekabrın 8-12 arası keçirilən beynəlxalq festivalın panorama bölməsində göstəriləcək filmin mükafat alma şansı yüksək qiymətləndirilir. 

“Qocalar ölməz” filmi bundan öncə 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən “Asiya Ruhu” film festivalında, ondan sonra isə Fransada keçirilən “Şantini” beynəlxalq sənət tədbirində ən yaxşı film mükafatlarını qazanıb. 

Bununla yanaşı adı çəkilən film ötən ay Şotlandiyada keçirilən “İnvernes” 19-cu film festivalında iştirak edib. 

Filmdə təmiz havası olan bir kənd əhalisindən bəhs olunur.

Həmin kənddə uzun müddətdir ki, kimsə ölməyib. Lakin bir yaşlı kişi xatirələrini yada salaraq ölüm haqda düşünür. Eyni halda gənc bir qız yüksək ruhda və həyata ümidli bir şəkildə yaşayır. Filmin ümumi fəlsəfəsi həyat və ölümlə bağlıdır.

Türk dilində hazırlanan film bu günədək İran, Almaniya, İtaliya, İngiltərə, Türkiyə və s. kimi ölkələrdə keçirilən festivallarda müxtəlif mükafatlara layiq görülüb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

19 − 15 =

Tarix

booked.net booked.net
%d bloggers like this: