Güneyli voleybolçu “Fənərbağça” klubunda çıxış edəcək. “Türkiyə də Azərbaycan kimi vətənimdir”

Təbriz Turan TV xəbər verir ki, Azərbaycanlı idmançı, voleybol üzrə ölkə fenomeni sayılan İran milli voleybol komandasının keçmiş kapitanı Səid Məurf Türkiyənin “Fənərbağça” voleybol klubunda çıxış edəcək.

Olimpiada oyunlarından sonra İran milli yığmasından ayrılan və Çin, Amerikada peşəkar voleybol məşqçisi kimi çıxış edən Səid Məruf bundan sonra tanınmış Türkiyə klubunda çıxışı ilə bağlı açıqlama verib.

“Fənərbağça” ilə andlaşma imzaladığını bildirən 36 yaşlı türk idmançı Türkiyədə olduğundan məmnun olduğunu deyib.

“Çox sevinirəm ki, bundan sonra Türkiyə Cümhuriyyəti klublarından birində, çıxış edəcəyəm. Türkiyə Azərbaycan qədər mənim vətənimdir”-deyə, sosial mediada bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

2 × 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: