Jurnalist və siyasi məhbus Müctəba Nayeri Bəktaş Abtinin öldürülməsinə etirazı ilə bağlı yeni iş üzrə ittiham olunmaq üçün Evin həbsxanasının 8-ci palatasından Evin Ədliyyəsinin 7-ci şöbəsinə köçürülüb.
Təbriz Turan TV xəbər verir ki, məlumatlı mənbənin sözlərinə görə, məhbus “həbsxanada asayişi pozmaq” və “rejim əleyhinə təbliğat aparmaq” maddələri ilə ittiham olunub.
Həbs olunmazdan əvvəl “Əmir Ələvi” təxəllüsü ilə mülki və insan haqları fəaliyyəti ilə məşğul olan Müctəba Nayeri hazırda Evin həbsxanasında bir işdə 3 il yarım, digərində 16 ay amansız cəza çəkir. İnqilab Məhkəməsinin 26-cı şöbəsində ona qarşı “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd ” ittihamı ilə ilk hökm çıxarılıb.