Həmədanda əhəmiyyətli tibb mərkəzinin tikintisinin yarımçıq qalması narazılıq doğurdu

Təbriz Turan TV Xəbər verir Həmədan və Famənin şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Hüseyn Fəllahi bölgədə səhiyyənin problemlərindən danışıb.

Xərçəng Xəstələrini Müalicə Mərkəzi ilə bağlı məlumat verən Əhməd Hüseyn Fəllahi bildirib ki, layihənin tamamlanması üçün maliyyə vəsaitinə ehtiyac var.

O, “Fərşçiyan” xeyriyyə fondunun maliyyə imkanlarının tükəndiyini və başqa qaynaqların da layihəyə vəsait ayırmadığını vurğulayıb. 

Millət vəkili bildirib ki, iş gecikdirildikcə inflyasiya səbəbindən tikinti materialları bahalaşır, layihənin tamamlanmasına lazim olan xərclər də artır.

O, ölkənin Milli Bankının layihəyə kredit ayırmaq istəmədiyini tənqid edib.

Xatırladaq ki, təməlatma mərasimi 2015-ci ildə həyata keçirilən Həmədan Xərçəng Xəstələrini Müalicə Mərkəzinin tikintisi vəsait çatışmazlığı ucbatından yarımçıq qalıb.

Ölkənin qərb bölgələrində xərçəng xəstələrinin müalicəsi üçün nəzərdə tutulan layihə 24 min kvadrat metr sahədə, 150 milyard tümən vəsait hesabına başa gəlməli idi.

Yerli media fəallarının yaydığı məlumata görə, bir neçə ay öncə bir hissəsinin açılışı olan mərkəzdə xərçəng xəstələrinin müalicəsi üçün heç bir avadanlıq və şərayitin olmaması səbəbindən bu günə kimi xəstə qəbulu baş tutmayıb.

Onlar problemin həlli, avadanlıqların quraşdırılması və mərkəzin başqa bölmələrinin tikintisinin başa çatdırılması üçün Həmədan Tibb Elmləri Universitetinin yerli xeyriyyəçilərin fondu olan “Fərşçiyan” fonduna müraciət etdikləri bildirirlər.

Qeyd edək ki, bundan öncə yarımçıq istifadəyə verilən bölmənin başa gəlməsi üçün lazım olan vəsaitin əhəmiyyətli hissəsi də yerli xeyriyyəçilərin ianələri hesabına reallaşıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

3 × 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: